Bu günə xəbərlərin oxunma sayı: 666
—
25.11.2026 10:27
İkinci sinif şagirdinin və 65 yaşlı kişinin meyiti tapılıb
Yardımlının Gendərə kəndində noyabrın 24-də ikinci sinif şagirdi məktəbdən evə qayıtmayıb. Onun evə gəlmədiyini görən anası əvvəlcə uşağın babasıgilə getdiyini düşünüb. Lakin axtarışlar zamanı məktəblinin meyiti kənddəki körpünün altında aşkarlanıb.İlkin ehtimala görə, o, körpüdən yıxılaraq ölüb.Hadisənin səbəbləri araşdırılır. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Tərtər rayonunda su quyusuna düşən 1961-ci il təvəllüdlü Məhəmməd Nağıyevin meyiti quyudan çıxarılıb.Məlumata görə, mərhum III qrup əlilliyi olan şəxs imiş.Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 38
