Bu günə xəbərlərin oxunma sayı: 666
— 21.10.2026 17:31

İlham Əliyev Azərbaycan-Qırğızıstan sazişlərini təsdiqləyib, Azıx-Tağlar Dövlət Qoruğu yaradılıb

Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri, müttəfiqlik münasibətləri və Azərbaycan-Qırğız İnkişaf Fondunun fəaliyyəti ilə bağlı qanunları təsdiqləyib. Beynəlxalq avtomobil əlaqələri haqqında Saziş və müttəfiqlik münasibətləri haqqında Müqavilə 2026-cı il iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində imzalanıb. Dövlət başçısı Azərbaycanla Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Katibliyin fəaliyyəti ilə bağlı Ev Sahibi Ölkə Sazişini də təsdiqləyib.Saziş 2026-cı il sentyabrın 10-da Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında imzalanıb. Bundan başqa, Prezident İlham Əliyev “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azıx və Tağlar mağara düşərgələrinin ərazisi Dövlət Qoruğu elan edilib.