Bu günə xəbərlərin oxunma sayı: 666
— 20.10.2026 14:02

Qadınları nikaha məcbur etmək ittihamı ilə 3 nəfər saxlanılıb

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda ailə üzvlərini nikaha məcbur etmək və məişət zorakılığı ittihamları ilə üç nəfər saxlanılıb.Gürcüstanın Daxili İşlər Nazirliyi məlumatına görə, iki ayrı cinayət işi üzrə keçirilən əməliyyatlarla  saxlanılan şəxslər cinslər arasında bərabərliyə qarşı dözümsüzlük zəminində, yetkinlik yaşına çatmayanlar da daxil olmaqla, öz övladlarını yaşadıqları kənddən olan kişilərlə iradələri xaricində nikaha daxil olmağa məcbur ediblər.Faktla bağlı istintaq aparılır.