Fəlsəfə doktoru: “Vahid məktəbli forması təhsilin tələbidir”
Məktəblərdə vahid geyim formasının tətbiqi sosial bərabərliyin təmin olunmasına, şagirdlər arasında fərqlərin azalmasına və diqqətin təhsilə yönəldilməsinə xidmət edir.Gəncə Dövlət Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru, etnoqraf Nurlana Həmzəyeva Kəpəz FM-ə açıqlamasında vahid məktəbli formasını dəstəklədiyini bildirib. O, dini və milli-mənəvi dəyərlərin qorunmasının, eləcə də təhsil mühitində bərabərliyin vacibliyini vurğulayıb:
Nurlana Həmzəyeva - GDU-nun baş müəllimi, tarix üzrə fəlsəfə doktoru, etnoqraf: "Bizə məlumdur ki, son günlərdə Azərbaycanın nümunəvi dünyəvi dövlətçilik modelini hədəfə alan bir çox təxribatlar mövcuddur. Dünyəvilik Azərbaycanın tarixi nailiyyəti, dövlətçilik ənənəsi və milli sərvətidir. Azərbaycan müsəlman Şərqində, türk dünyasında dünyəvi dövlətçilik ənənəsini formalaşdıran bir ölkə kimi tarixə düşüb.Bu gün ölkəmizdə bütün tolerantlıq və multikultural dəyərlər qorunur. Hazırda birmənalı şəkildə Azərbaycan orta məktəblərində uşaqlarımızın, qızlarımızın və oğlanlarımızın vahid geyim formasına keçməsini dəstəkləyirik. Bu belə də olmalıdır. Təhsil bunu tələb edir. Uşaqlar bir-birlərindən seçilməməli, diqqətlərini ancaq və ancaq təhsilə yönəltməlidirlər ki, biz sağlam gənclik, sağlam gələcək yetişdirə bilək. Dini dəyərlərdən siyasi məqsədlərlə istifadə etmək olmaz və uşaqları buna alət etmək olmaz".
- Baxış: 41
