Bu günə xəbərlərin oxunma sayı: 666
— 04.09.2026 16:05

Azarkeşlərdən "Kəpəz" klubuna sürpriz

Uzunmüddətli ayrılıqdan sonra doğma Gəncə şəhər stadionunda azarkeşlərinə qovuşan "Kəpəz" növbəti qarşılaşmasına yüksək əhvali-ruhiyyə ilə hazırlaşır.Misli Premyer Liqasının 4-cü turu çərçivəsində bu gün saat 20:15-də baş tutacaq "Kəpəz" - "Şamaxı" görüşünə artıq 10 min bilet alınıb.Matç zamanı stadionun tribunalarında əsl anşlaq yaşanacağı proqnozlaşdırılır.Ötən həftə uzun sürən fasiləni başa vuran "Kəpəz" nəhayət öz meydanına dönərək sadiq tərəfdarları önündə ilk oyununa çıxmışdı.