Bu günə xəbərlərin oxunma sayı: 666
— 01.09.2026 17:24

Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qırğız, Türkiyə, Özbəkistan və Çin Xalq Respublikasının birinci xanımları ilə birlikdə Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub. Mədəni proqram çərçivəsində birinci xanımlar Qırğızıstanın xalq dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.