Bu günə xəbərlərin oxunma sayı: 666
—
18.06.2026 12:06
Taksi sürücülərinin qeydiyyatı zamanı məlumatların yoxlanılması avtomatlaşdırılır
Azərbaycanda taksi fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə yeni rəqəmsal sistem tətbiq olunub.Yeni sistem sürücülərin qeydiyyatı zamanı “Xüsusi hazırlıq şəhadətnaməsi” və “Buraxılış kartı” məlumatlarını real vaxt rejimində avtomatik yoxlayacaq.Məqsəd taksi bazarında şəffaflığı artırmaq, sənədlərin yoxlanılmasını avtomatlaşdırmaq, sürücülərə nəzarəti gücləndirmək və sərnişin təhlükəsizliyini yüksəltməkdir.Bundan sonra həmin sənədləri olmayan və tələb olunan hazırlıqdan keçməyən şəxslər taksi sürücüsü kimi sistemlərdə qeydiyyatdan keçə bilməyəcəklər.
- Baxış: 34
