Bu günə xəbərlərin oxunma sayı: 666
—
17.06.2026 14:04
Sabah 36 dərəcə isti olacaq
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanda iyunun 18-də 36 dərəcə isti gözlənilir. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
- Baxış: 45
