Bu günə xəbərlərin oxunma sayı: 666
—
09.06.2026 14:08
Silahı gizlətməyin, polisə təhvil verin
Polis paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 117 ədəd silah-sursat aşkar edilərək götürülüb.Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirib ki, qanunsuz saxlanılan odlu silah və sursatların könüllü şəkildə polis orqanlarına təhvil verilməsi vacibdir. Qeyd olunub ki, belə silahlar ağır cinayətlərə və bədbəxt hadisələrə səbəb ola bilər.Qanunvericiliyə əsasən, könüllü təhvil verilən silah və sursatlara görə vətəndaşlar məsuliyyətdən azad olunurlar.
- Baxış: 72
