Sosial platformaların uşaqlara təsiri ilə bağlı həyəcan təbili çalınır
Uşaqların sosial media və platformalarda məruz qaldığı təsirlərlə bağlı artıq bəzi ixtisaslaşmış qurumlar artıq həyəcan təbili çalır. Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli deyib ki, sosial şəbəkələr uşaqlar üçün manipulyativ risklər yaradır və bu problem bütün dünyada aktuallığını qoruyur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Firuzə Rəsulova isə uşaqların rəqəmsal təhlükələrdən qorunmasının dövlət, ailə və cəmiyyətin ümumi məsuliyyəti olduğunu vurğulayıb. Deputat Azər Allahverənov bəzi dil öyrənmə platformalarında uşaqlar üçün təhlükəli məzmunların yayıldığını qeyd edib. O, “Mavi balina” kimi oyunlar və kibercinayətkar qrupların uşaqları hədəfə aldığını bildirərək qanunvericiliyin gücləndirilməsi və rəqəmsal savadlılığın artırılmasının vacibliyini diqqətə çatdırıb.
- Baxış: 61
