Bu günə xəbərlərin oxunma sayı: 666
— 08.06.2026 17:38

İran İsrailə zərbələri dayandırıb

İranın “Fars” agentliyinə istinadən yayılan məlumata görə, Tehran İsrailə qarşı hərbi əməliyyatları dayandırdığını elan edib, lakin eyni zamanda Livanda vəziyyət kəskinləşərsə, yeni zərbələr endirə biləcəyini bildirib. İran son eskalasiyanı İsrailin “Hizbullah”a qarşı əməliyyatları ilə əlaqələndirir və bu kontekstdə daha sərt cavab ehtimalını açıq saxlayır. Eyni vaxtda Avropa İttifaqı Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinə təhdidlə bağlı SEPAH-a və iki İran vətəndaşına qarşı sanksiyalar tətbiq edib.Digər tərəfdən, İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp telefon danışığında Yaxın Şərqdə artan gərginliyi müzakirə ediblər. Bu fonunda hərbi və siyasi səviyyədə növbəti addımlarla bağlı gözlənti davam edir.