Bu günə xəbərlərin oxunma sayı: 666
— 08.06.2026 12:10

İran və İsrail arasında raket hücumları: hər iki tərəfdən zərbələr endirilib

İsrail və İran arasında gərginlik yenidən artıb.İran tərəfi İsraildəki Nevatim və Tel-Nof aviabazalarına raket zərbələri endirdiyini açıqlayıb. SEPAH-ın bəyanatına görə, əməliyyat İsrailin əvvəlki hücumlarına cavab olaraq həyata keçirilib. İsrail Müdafiə Ordusu isə İranın atdığı raketlərin əksəriyyətinin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirib.Eyni zamanda, İsrail ordusunun İranın enerji infrastrukturuna zərbə endirdiyi açıqlanıb.Hədəf İranın cənub-qərbində yerləşən Mahşəhr neft bazası olub.Tərəflər arasında qarşılıqlı hücumlar davam edərkən, beynəlxalq ictimaiyyət bölgədə gərginliyin azaldılması üçün çağırışlar edir.