Bu günə xəbərlərin oxunma sayı: 666
—
05.06.2026 10:36
Putin: Rusiyanın Azərbaycanla yaxşı münasibətləri qorunub saxlanılır
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşündə deyib ki, Rusiya və Azərbaycan arasında münasibətlər həm siyasi, həm də iqtisadi sahədə uğurla inkişaf edir.Rusiya lideri həmçinin İrana humanitar yardımın çatdırılmasında göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib.Putin qeyd edib ki, Azərbaycan tərəfi bütün müraciətlərə operativ reaksiya verib və bu dəstək regiondakı vəziyyətin yumşaldılması baxımından mühüm rol oynayıb.
- Baxış: 79
