Bu günə xəbərlərin oxunma sayı: 666
— 21.05.2026 16:07

Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi

Milli Hidrometeorologiya Xidməti məlumat verir ki, Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 25-i axşamadək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Gəncə-Daşkəsən, Qazax-Tovuz iqtisadi zonasında arabir şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 21-22-də yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var.