Bu günə xəbərlərin oxunma sayı: 666
— 20.05.2026 17:32

Azərbaycan kamandan oxatma üzrə qarışıq komandası Avropa çempionatında mərhələ adlayıb

Antalyada keçirilən Avropa çempionatında Azərbaycanın kamandan oxatma üzrə qarışıq komandası 1/8 finala yüksəlib.Təmsilçilərimiz sabah sözügedən mərhələdə Türkiyə millisi ilə qarşılaşacaqlar. Komandamızın heyətində ​Məhəmmədəli Əliyev və Fatimə Hüseynli mübarizə aparırlar.