Bu günə xəbərlərin oxunma sayı: 666
— 08.05.2026 17:31

İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənilib

İkinci Dünya müharibəsi iştirakçılarına və onlara bərabər tutulan şəxslərə birdəfəlik maddi yardımlar ödənilib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Prezident İlham Əliyevin 24 aprel 2026-cı il tarixli sərəncamına əsasən, Faşizm üzərində Qələbənin 81-ci ildönümü ilə əlaqədar müharibə iştirakçılarının hər birinə 2750 manat birdəfəlik yardım verilib.İkinci Dünya müharibəsi ilə bağlı müxtəlif kateqoriyalara daxil olan şəxslərə, o cümlədən arxa cəbhə əməkdaşlarına, orden və medallarla təltif olunmuşlara, Leninqradın müdafiəsi və mühasirəsi iştirakçılarına 1500 manat məbləğində yardım ödənilib.Sərəncam 13 nəfəri İkinci Dünya müharibəsi iştirakçısı olan ümumilikdə 2 minə yaxın şəxsi əhatə edib və birdəfəlik maddi yardımlar onların bank hesablarına köçürülüb.