Bu günə xəbərlərin oxunma sayı: 666
—
08.05.2026 10:23
ABŞ və İran arasında gərginlik artır: Hörmüz boğazında qarşıdurma, Tramp Tehrana ultimatum verdi
ABŞ Prezidenti Donald Trump bildirib ki, Tehran nüvə proqramından imtina edib zənginləşdirilmiş uranı Vaşinqtona təhvil verməlidir. Trampın sözlərinə görə, razılaşma əldə olunmasa, ABŞ daha sərt zərbələr endirəcək.Eyni zamanda, Hörmüz boğazında vəziyyət kəskinləşib.İran tərəfi Amerika gəmilərinə ciddi ziyan vurulduğunu iddia etsə də, ABŞ Mərkəzi Komandanlığı bütün hücumların dəf edildiyini və İranın raket-dron infrastrukturuna cavab zərbələri endirildiyini bildirib. İran Hörmüz boğazını bağlamaqla hədələyib, ABŞ isə İran limanlarına və dəniz keçidlərinə blokada tətbiq edib. Bu vəziyyət qlobal enerji böhranı riskini artırır.
- Baxış: 66
