Bu günə xəbərlərin oxunma sayı: 666
—
21.04.2026 10:13
ABŞ və İran arasında gərginlik artır
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla razılaşma əldə olunana qədər ABŞ təzyiqi və blokadanı davam etdirəcək. Onun sözlərinə görə, İran gündə böyük maliyyə itkiləri yaşayır və bu vəziyyət uzunmüddətli davam edə bilməz.Tramp həmçinin İranın heç vaxt nüvə silahı əldə etməyəcəyini vurğulayıb və bunun çox tez baş verəcəyini deyib. O iddia edir ki, ABŞ və İran arasında bəzi razılaşma şərtləri artıq müzakirə olunub.Digər tərəfdən, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin təhdidlərinin və atəşkəsin pozulmasının diplomatik prosesə mane olduğunu bildirib və regional vəziyyətin gərgin olduğunu qeyd edib.
- Baxış: 63
