Rusiya və İran göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib
Azərbaycan Rusiya vətəndaşlarının İrandan təxliyəsində mühüm rol oynayıb.Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Aleksey Klimov deyib.Onun sözlərinə görə, Bakı Tehrandakı Rusiya səfirliyinin müraciəti əsasında “Astara” sərhəd keçid məntəqəsindən istifadə üçün şərait yaradıb. Qeyd edək ki, martın 20-dək 75 ölkədən 2 mindən çox xarici vətəndaş, o cümlədən azı 323 Rusiya vətəndaşı Azərbaycan üzərindən təxliyə olunub. Eyni zamanda, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai sosial şəbəkədə Azərbaycana İran xalqına göstərilən həmrəyliyə görə təşəkkür edib. Onun sözlərinə görə, ABŞ və İsrailin hərbi əməliyyatlarına qarşı İranın mövqeyinə dünya üzrə, o cümlədən Azərbaycandan da geniş dəstək nümayiş etdirilib. Bəqai bu həmrəyliyin İran xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
- Baxış: 48
