Bu günə xəbərlərin oxunma sayı: 667
—
10.04.2026 12:18
Repetitorluq sistemi oxuyub-anlama bacarıqlarına mane olur - Emin Əmrullayev
Elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən beynəlxalq elmi-praktik konfransda bildirib ki, Azərbaycanda oxuyub-anlama bacarıqları təhsil sistemində əsas inkişaf etdirilməli istiqamətlərdəndir.Nazir qeyd edib ki, baxmayaraq ki, cəmiyyətdə müəyyən müqavimət var, həmçinin repetitorluq sisteminin də bu istiqamətdə müəyyən təsirləri hiss olunur,bu bacarıqların qiymətləndirilməsi gücləndirilməlidir.Emin Əmrullayev həmçinin vurğulayıb ki, imtahan sualları şagirdləri çaşdırmağa yox, onların bilik və bacarıqlarını ölçməyə xidmət etməlidir.Onun sözlərinə görə, mövcud imtahan modeli artıq beynəlxalq standartlara yaxınlaşır və bu istiqamətdə islahatlar davam etdirilir.
- Baxış: 54
