Bu günə xəbərlərin oxunma sayı: 666
—
02.03.2026 16:09
Ceyhun Bayramov Aİ, Türkiyə və Bəhreyn XİN rəhbərləri ilə regional gərginliyi müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov regiondakı gərginliklə bağlı Aİ-nin ali nümayəndəsi Kaja Kallas və Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb. Müzakirələrdə artan hərbi eskalasiya fonunda təhlükəsizlik vəziyyəti, diplomatik həll yolları və beynəlxalq hüquqa riayətin vacibliyi vurğulanıb. Azərbaycanın xarici vətəndaşların İrandan təxliyəsində rolu yüksək qiymətləndirilib, Bakı–Ankara strateji müttəfiqliyinin əhəmiyyəti qeyd olunub.Nazir həmçinin Bəhreynli həmkarı Abdullatif bin Rashid Al Zayani ilə danışaraq Yaxın Şərqdə gərginliyin azaldılması, dialoq və humanitar hüquqa əməl olunmasının vacibliyini diqqətə çatdırıb.
- Baxış: 51
