Bu günə xəbərlərin oxunma sayı: 666
—
02.03.2026 10:14
İrandan Azərbaycana 192 nəfər təxliyə olunub
28 fevral 2026-cı il saat 08:00-dan 1 mart saat 22:00-dək İrandan Azərbaycana ümumilikdə 192 nəfər təxliyə olunub. Onlardan 82-si Azərbaycan, 110-u isə 19 ölkənin vətəndaşıdır.Son bir gündə isə “Astara” sərhəd-keçid məntəqəsi vasitəsilə 123 nəfər ölkəyə gətirilib. Onların 54-ü azərbaycanlı, 69-u isə 17 ölkənin vətəndaşıdır. Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail tərəfindən İran ərazisinə hava zərbələri endirilib. İran isə cavab olaraq İsrailə raket hücumları həyata keçirib və regionda gərginlik artıb.
- Baxış: 16
