Bu günə xəbərlərin oxunma sayı: 666
—
27.02.2026 12:12
WUF13-ün internet saytı fəaliyyətə başlayıb
Bu gün Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının – WUF13-ün rəsmi internet səhifəsi təqdim olunub. WUF13.az saytı forumun hazırlıq prosesinə həsr edilmiş mətbuat konfransında ictimaiyyətə təqdim edilib. Sayt tədbir iştirakçıları, media və ictimaiyyət üçün məlumatlara vahid və operativ çıxışı təmin edəcək.Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası mayın 17-dən 22-dək Bakıda keçiriləcək. Forum 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılıb.Məqsəd sürətli şəhərləşmə və davamlı şəhər inkişafı ilə bağlı qlobal çağırışların müzakirəsidir.
- Baxış: 22
