Leyla Əliyeva Quba rayonunda şəhid ailələrini, məktəbləri və tarixi məkanları ziyarət edib
Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş gizir Şahin Allahyarovun ailəsini ziyarət edib, xatirə guşəsi və videoçarxla tanış olub, ailə üzvlərinə hədiyyələr verib.Həmçinin Quba şəhərində internat məktəbi və STEAM mərkəzini ziyarət edərək şagirdlərlə görüşüb, məktəbli ləvazimatları təqdim edib.O, arıçı Zəfər Əzizovu evində ziyarət edib, arı məhsulları və təsərrüfat haqqında məlumat alıb, təbii şam hazırlığında iştirak edib.Səfər çərçivəsində Leyla Əliyeva və Alyona Əliyeva Quba Cümə məscidini ziyarət edərək məscidin tarixi və dini fəaliyyəti barədə məlumat alıb, “Qurani-Kərim” hədiyyə olunub.Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan yeni xalçaların kəsim mərasimində də iştirak edib. Emalatxananın fəaliyyəti ilə tanış olub və toxucularla söhbət edib.
- Baxış: 25
