Narkokuryerlər saxlanılıb
Cəlilabad Polisinin narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı həyata keçirdiyi əməliyyatla 27 yaşlı Röyal Gülağazadə və əvvəllər məhkum olunmuş 23 yaşlı Simran Mürsəlov saxlanılıb.Onlardan ümumilikdə 11 kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanıb.Onların şəxsiyyəti araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildikləri və maddi qazanc qarşılığında həmin narkotik vasitələri Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.Qaradağda isə əvvəllər məhkum olunmuş 30 yaşlı Arzuman Əhmədov saxlanılıb. Onun üzərindən ümumilikdə 9 kiloqram 986 qram narkotik vasitə – marixuana aşkar edilərək götürülüb. A.Əhmədov istintaqla şəxsiyyəti araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlarda gizlətməyi planlaşdırıb.Araşdırmalar davam edir.
- Baxış: 20
