Bu günə xəbərlərin oxunma sayı: 666
—
24.02.2026 10:41
BMT rəsmisi "WUF13"ə hazırlıq barədə məlumatlandırılıb
Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıq barədə məlumatlandırılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, görüşdə post-münaqişə dövründə aparılan bərpa-quruculuq işləri, eləcə də 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması və may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına – "WUF13 Azerbaijan"a hazırlıq müzakirə olunub.
- Baxış: 50
