Bu günə xəbərlərin oxunma sayı: 666
—
23.02.2026 16:10
"Kəpəz"in bıçaqlanan futbolçusu martın sonlarında məşqlərə başlaya biləcək
"Kəpəz"in bir müddət əvvəl bıçaqlanan futbolçusu Veysəl Rzayev martın sonlarında məşqlərə başlaya biləcək.Onun Gəncə təmsilçisindəki taleyi ilə bağlı da qərar verilməyib. V.Rzayev məşqlərə qayıdandan sonra onun komandadakı taleyi bəlli olacaq.Baş məşqçi Azər Bağırov futbolçunun taleyinə "Sabah"la oyundan sonra aydınlıq gələcəyini bildirsə də, həkimlərin son rəyi planları dəyişib."Kəpəz" Veysəl Rzayevin transferini bu ilin yanvarında açıqlayıb. O, fevralın 3-də Gəncədə mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilmişdi. Futbolçu hazırda ev şəraitində müalicəsini davam etdirir.
- Baxış: 33
