Bu günə xəbərlərin oxunma sayı: 666
—
18.02.2026 16:11
Ötən il Azərbaycanda meyitdən orqan köçürülməsinə razılıq verən ailələrin sayı açıqlanıb
Ötən il Azərbaycanda orqan transplantasiyası sahəsində mühüm nəticələr əldə olunub. Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin həkimi Mircəlal Kazıminin sözlərinə görə, ailələrinin razılığı ilə vəfat etmiş donorlardan 12 nəfərə böyrək, 9 nəfərə isə qaraciyər köçürülüb. Ümumilikdə il ərzində 65 böyrək və 51 qaraciyər transplantasiyası həyata keçirilib. Əməliyyat olunanlar arasında 5 uşaq da var. Qeyd edək ki, 2025-ci il fevralın 24-də Azərbaycanda ilk dəfə meyit donordan orqan köçürülməsi, oktyabrın 31-də isə Qafqazda ilk ürək transplantasiyası icra olunub.
- Baxış: 36
