Bu günə xəbərlərin oxunma sayı: 666
— 17.02.2026 17:34

Qurban Qurbanov: "Nyukasl"ın bizə uyğun olmayan oyun üslubu var

Sabah bizi çətin oyun gözləyir.Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda İngiltərənin “Nyukasl” klubuna qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib. O, yaxşı təcrübəyə malik komandaya qarşı oynayacaqlarını bildirib: "Nyukasl" dünyanın bir nömrəli liqasında çıxış edir. Matça çox ciddi hazırlaşıblar. Bizə uyğun olmayan oyun üslubu var. Sürətli oyun sərgiləyirlər. Ağıllı şəkildə mübarizə aparmalıyıq"- deyə o bildirib. Mütəxəssis layiqli oyun sərgiləmək istədiklərini söyləyib: “Çox istəyirəm ki, azarkeşlərimiz baxımlı oyun izləsinlər. Məğlub olsaq belə, layiqli şəkildə mübarizə aparmaq istəyirik. Futbolçularım demək olar ki, matça hazırdırlar.Favorit "Nyukasl"dır. Biz isə çox istəkliyik". Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.