Bu günə xəbərlərin oxunma sayı: 666
—
13.02.2026 13:48
Azərbaycanda 10 bələdiyyə "Merlər razılaşması-Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulub
Prezident İlham Əliyevin enerji siyasətində enerji səmərəliliyi əsas prioritetdir. 2021-ci ildə qəbul edilmiş qanun bu sahədə hüquqi və institusional bazanı gücləndirib.Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov deyib ki, "Merlər razılaşması-Şərq tərəfdaşlığı”na qoşulan bələdiyyələr Enerji Effektivliyi Fonduna müraciət edərək pilot layihələr həyata keçirə bilərlər. Layihələr binaların izolyasiyası, istilik sistemlərinin təkmilləşdirilməsi, enerji effektiv avadanlıqların və Günəş panellərinin tətbiqini əhatə edir. Hazırda 10 bələdiyyə təşəbbüsə qoşulub və onların təcrübəsi digər bələdiyyələrlə paylaşılır. Şəki və Mingəçevir bələdiyyələri uğurlu nümunələrini təqdim edəcəklər.
- Baxış: 42
