Bu günə xəbərlərin oxunma sayı: 666
—
16.01.2026 14:02
“Yaxın gələcəkdə beynəlxalq arenada qızlarımızdan uğurlar gözləyirik” - Toğrul Əsgərov
Bu yaxınlarda başa çatan Azərbaycanın güləş üzrə çempionatı yenə də qadınların iştirakı olmadan keçirilib. Azərbaycanın qadın güləşi üzrə milli komandasının baş məşqçisi Toğrul Əsgərov deyib ki, aşağı yaş qruplarında 14–16 yaşlı çox perspektivli qızlar yetişməkdədir. "Ümid edirəm ki, qadın güləşi üzrə böyüklər arasında ölkə çempionatı maksimum iki-üç il ərzində keçiriləcək. Yaxın gələcəkdə beynəlxalq arenada qızlarımızdan uğurlar gözləyirik”, – baş məşqçi əlavə edib. Toğrul Əsgərov Jalə Əliyeva, Günay Qurbanova, Ruzanna Məmmədova və Elnurə Məmmədovanın böyük potensiala malik olduğunu vurğulayıb.
- Baxış: 26
