Bu günə xəbərlərin oxunma sayı: 666
— 24.12.2025 15:50

Növbəti il keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda mənzil problemləri ilə bağlı məsələlər müzakirə ediləcək

Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ərəfəsində ölkəmizdə şəhərlərimizin baş planları hazırlanır və bu baş planlar əsasında regionlarımız planlı şəkildə inkişaf edir. İşğaldan azad olunmuş ərazilərdə çox qısa bir zamanda yüzlərlə yaşayış məntəqəsinin planlaşdırma sənədləri hazırlanıb və həmin ərazilərə əhalimizin qayıdışı davam edir. Ümumilikdə 12 şəhərin planlaşdırma sənədləri əsasında həmin şəhərlər yenidən qurulur .Bunu Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar qeyd edib.