Bu günə xəbərlərin oxunma sayı: 666
—
23.12.2025 17:52
Xırdalanda 2 min ev quşunun qanunsuz kəsildiyi sexin fəaliyyəti məhdudlaşdırılıb
Xırdalanda qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexinin fəaliyyəti məhdudlaşdırılıb. Yoxlama zamanı baytarlıq sənədləri olmayan 2 min baş ev quşunun sanitar tələblər pozularaq kəsildiyi müəyyən edilib. Sexdə gigiyenik normalara əməl olunmadığı, kəsilmiş toyuqların döşəmə üzərində saxlandığı və məhsulların mənşəyi məlum olmayan boyalarla rəngləndirildiyi aşkarlanıb. Faktla bağlı tədbirlər görülüb.
- Baxış: 42
