Bu günə xəbərlərin oxunma sayı: 666
— 15.12.2025 15:58

Şəxsiyyət vəsiqəsi, pasport və sürücülük vəsiqəsi üzrə xidmətlər onlayn təqdim ediləcək

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib. Bildirilib ki, vətəndaşların bu sənədlərin alınması və yenilənməsi, eləcə də nəqliyyat vasitələrinin qeydiyyatı üzrə ilkin müraciətləri dövlət qurumlarına getmədən rəqəmsal formada qəbul olunacaq. Məqsəd xidmətlərin əlçatanlığını artırmaq və rəqəmsal transformasiyanı sürətləndirməkdir.