Bu günə xəbərlərin oxunma sayı: 666
—
12.12.2025 13:28
Xocalıda Heydər Əliyevin anım günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
Xocalının Ballıca kəndində ümumilli lider Heydər Əliyevin anım günü əlaqədar ağacəkmə aksiyası keçirilib. Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Aksiya zamanı ərazidə badam, şam və digər müxtəlif növ 220 ağac əkilib. Tədbir Heydər Əliyevin yaşıllaşdırma və təbiətin qorunması sahəsində formalaşdırdığı dövlət siyasətinə hörmət və ehtiramın ifadəsi kimi dəyərləndirilib.
- Baxış: 33
