Bu günə xəbərlərin oxunma sayı: 666
—
12.12.2025 12:37
Tokayev: Bakı və İrəvan arasında sülh region üçün yeni imkanlar açacaq
Azərbaycan və Ermənistan arasında əldə olunmuş Vaşinqton razılaşmaları Cənubi Qafqazda və onun hüdudlarından kənarda hərtərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda bildirib. Tokayev deyib ki, Azərbaycan və Ermənistanın sülh haqqında birgə bəyannaməsi tarixi əhəmiyyətə malikdir və regionda geniş əməkdaşlıq imkanları açır. O, iki ölkənin yaxın gələcəkdə yekun sülh sazişi imzalayacağına ümidvar olduğunu qeyd edib.
- Baxış: 46
