Bu günə xəbərlərin oxunma sayı: 666
— 08.12.2025 15:42

Hökməli–Qobu yolundakı avtomobil qəzasında ölənlərin sayı 3-ə çatıb

Hökməli–Qobu yolunda baş verən avtomobil qəzasında ölənlərin sayı 3-ə çatıb. Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı, 1 nəfərin (qadın) isə xəstəxanaya qədər ölüm faktı qeydə alınıb.