Bu günə xəbərlərin oxunma sayı: 666
—
01.12.2025 15:48
Bakıda TDT ölkələrinin Xəritəçilik İşçi Qrupunun iclası keçiriləcək
Dekabrın 2–3-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Xəritəçilik İşçi Qrupunun ikinci iclası baş tutacaq. Toplantıda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr Türk Respublikasından nümayəndələr iştirak edəcəklər.
Görüşdə geodeziya, kartoqrafiya və coğrafi informasiya sistemləri üzrə əməkdaşlığın gücləndirilməsi, Ankarada keçirilmiş ilk iclasda müəyyən edilmiş hədəflərin icra vəziyyəti və yeni istiqamətlər müzakirə olunacaq. Tədbir 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu öncəsi bu sahədə əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək.
- Baxış: 34
