Bu günə xəbərlərin oxunma sayı: 666
— 01.12.2025 15:36

Ov mövsümü başa çatıb

Ölkə ərazisində 10 oktyabr 2025-ci il tarixindən açıq elan olunmuş ov mövsümü bu gün etibarilə başa çatıb. Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən verilən xəbərə görə, qlobal iqlim dəyişiklikləri və Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi quşların miqrasiyasına və qidalanma yerlərinə ciddi təsir göstərdiyindən mövsümün məhdudlaşdırılmasına ehtiyac yaranıb. Hazırda proseslər izlənilir və nəticələrə uyğun olaraq mövsümün yenidən açılıb-açılmamasına qərar veriləcək. Qurum vətəndaşlara qanunsuz ovdan çəkinmək çağırışı edib.