Bu günə xəbərlərin oxunma sayı: 666
—
01.12.2025 15:35
276 min manatlıq brend malların ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb
Ankara-Bakı aviareysilə gələn sərnişin “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə etməklə kommersiya həcmində olan qızıl-zinət əşyaları və geyimləri ölkə ərazisinə keçirməyə cəhd göstərib. Vətəndaşın yüklərinə baxış zamanı ona məxsus baqajdan və əl çantasından əvvəlcədən gömrük orqanına bəyan edilməyən ayaqqabı, çanta, üst geyimlərindən ibarət 32 ədəd kommersiya təyinatlı brend məhsullar və zərgərlik məmulatları aşkar edilib. Aşkar edilən əşyaların ümumi təqribi dəyəri 276 min manat təşkil edir. Faktla bağlı araşdırma aparılır.
Gömrük xidməti bildirir ki, sosial şəbəkələrdə satışla məşğul olan bəzi şəxslərin malları şəxsi istifadə adı ilə gətirməsi qayda pozuntusudur və hüquqi məsuliyyət yaradır.
- Baxış: 28
