Hikmət Hacıyev: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat mənzərəsini dəyişəcək
Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat mənzərəsinin kökündən dəyişməsinə təsir göstərəcək. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə "EU Today" və jurnalistlərə müsahibəsində bildirib. "Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat mənzərəsinin kökündən dəyişməsinə təsir göstərəcək", - o qeyd edib. H.Hacıyev həmçinin deyib ki, Azərbaycan İranla iqtisadi-ticarət əlaqələrini daha da inkişaf etdirməyi hədəfləyib. Azərbaycan və İran Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil körpüsünü 2025-ci ilin sonuna, sərhəd və gömrük infrastrukturunu isə 2026-cı ilin əvvəlinə qədər tamamlayacaq. H.Hacıyev bildirib ki, bərpa olunan enerji layihələri 2030-cu ilə qədər 6 giqavat elektrik enerjisi istehsalına imkan yaradacaq və bu, Avropaya daha çox qaz ixracını təmin edəcək. Azərbaycanın sülh strategiyası isə regionda rifah və inkişafı gücləndirməyə yönəlib. Prezidentin köməkçisi onu da vurğulayıb ki, Azərbaycan Düşənbədə Rusiyadan 2024-cü ilin dekabrında AZAL aviaşirkətinin Qroznı üzərində vurulan təyyarəsi ilə bağlı suallarına cavab alıb, anlaşılmazlıqlar aradan qaldırılıb və iki ölkə normal qonşuluq münasibətlərini davam etdirəcək.
- Baxış: 34
