Bu günə xəbərlərin oxunma sayı: 666
—
28.11.2025 15:47
Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunu təxirə salınıb
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Şimali Makedoniya yığması ilə oyunu təxirə salınıb. B Liqasının V qrupunun II turunda bu gün baş tutmalı olan görüş Strumitsa şəhərində hava şəraitinin əlverişsiz və meydançanın yararsız olması səbəbindən başqa vaxta keçirilib. Qarşılaşmanın noyabrın 29-da reallaşması nəzərdə tutulub.
- Baxış: 18
