Bu günə xəbərlərin oxunma sayı: 666
—
28.11.2025 13:38
Kuryerdən 10 kiloqramdan artıq narkotik aşkarlanıb
Bakının Qaradağ rayonunda üzərindən və avtomobilindən ümumilikdə 10 kiloqram 821 qram narkotik vasitə heroin, tiryək, həşiş, marixuana, psixotrop maddə metamfetamin və 100 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkarlanan, əvvəllər məhkum olunmuş 42 yaşlı Elşən Kərimov saxlanılıb. O, narkotikləri sosial şəbəkədə tanış olduğu və şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və hissələrə ayıraraq satmağı planlaşdırdığını bildirib.
- Baxış: 15
