Bu günə xəbərlərin oxunma sayı: 666
— 28.11.2025 11:49

Eduard Məmmədov dünya çempionatında iki qızıl medal qazanıb

Dünya və Avropa çempionu Eduard Məmmədov 21-30 noyabrda Əbu-Dabidə keçirilən WAKO kikboksinq dünya çempionatında iki qızıl medal qazanıb. 63 kq çəki dərəcəsində "Light Contact" və "Kick Light" növlərində qalib olan E.Məmmədov Böyük Britaniya, Portuqaliya, İtaliya, İsveç və Kanada idmançılarını məğlub edərək Azərbaycanı təmsil edib. Bu, onun WAKO üzrə 10-cu dünya çempionluğu olub.