Bu günə xəbərlərin oxunma sayı: 666
—
27.11.2025 15:49
Tibb işçilərinin sertifikasiya qaydası təsdiqləndi
Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası qaydası təsdiqlənib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, sınaq imtahanının qiyməti ali təhsilli tibb mütəxəssisləri üçün 35 manat, orta ixtisaslılar üçün 25 manat müəyyən edilib. Tibb işçiləri 5 il ərzində minimum 250 kredit toplamalıdır. Sertifikasiya imtahanları Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası və Akkreditasiyası Mərkəzi tərəfindən keçiriləcək. İmtahandan keçməyən əməkdaşların 6 ay ərzində iş yeri və maaşı saxlanılacaq, lakin təkrar da uğursuz olduqda əmək müqaviləsinə xitam veriləcək.
- Baxış: 29
