Bu günə xəbərlərin oxunma sayı: 666
—
27.11.2025 15:48
TƏBİB: 2030-cu ilədək regionlarda yüksək ixtisaslı cərrahi xidmətlər genişləndiriləcək
2028-ci ilədək ölkə üzrə 44 əsas zəruri cərrahi prosedura, 2030-cu ilədək isə regional səviyyədə daha çox xidmətə çıxışın təmin edilməsi nəzərdə tutulur. Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Gəncədə media nümayəndələri üçün keçirdiyi təlimdə məlumat verib. 2030-cu ildən isə TƏBİB mərkəzlərində neyrocərrahiyyə, ürək-damar, protezləmə, bariatrik cərrahiyyə kimi yüksək texnoloji və intensiv terapiya tələb edən xidmətlərin təşkilinə başlanılacaq.
- Baxış: 18
