Bu günə xəbərlərin oxunma sayı: 666
—
27.11.2025 15:47
Gəncədə “DəyərliSən” inklüziv festivalı keçirilib
Gəncədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sosial xidmət müəssisələrinin və 4 saylı Uşaq evinin sakinlərinin iştirakı ilə “DəyərliSən” inklüziv festivalı keçirilib. Gəncə Dövlət Filarmoniyasında təşkil olunan tədbir Ümumdünya Uşaq Hüquqları Günü və Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunub. Festivalda dövlət qurumları və Türkiyənin Gəncədəki Baş Konsulluğu iştirak edib. Sakinlərin əl işlərindən ibarət sərgi nümayiş olunub, uşaqların ədəbi-bədii kompozisiyaları təqdim edilib.
- Baxış: 29
