Bu günə xəbərlərin oxunma sayı: 666
—
27.11.2025 13:54
Azərbaycan ilə İordaniya arasında 6 sənəd imzalanıb
Bakıda Azərbaycan və İordaniya arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası başa çatıb. İclasdan sonra həmsədrlər - maliyyə naziri Sahil Babayev və İordaniyanın sənaye, ticarət və təchizat naziri Yarub Əl-Kuda - iclasın nəticələrinə dair Protokolu imzalayıblar. Eyni zamanda, 2025-2027-ci illər üzrə elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələrində İcraedici Əməkdaşlıq Proqramı da təsdiqlənib.
- Baxış: 26
