Bu günə xəbərlərin oxunma sayı: 666
—
27.11.2025 13:54
Qrant ayrılan özəl bağçalarda valideynlərdən əlavə ödəniş tələbinə yol verilməyəcək
Qrant müqavilələrinin icrası başlandıqdan sonra müvafiq cədvəldə göstərilən ödənişlər elektron portal üzərindən həyata keçiriləcək və valideynlərdən əlavə ödənişlərin tələb olunmasına yol verilməyəcək.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. 63 özəl məktəbəqədər təhsil müəssisəsi Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsinin qalibi olub və onlarla qrant müqavilələri imzalanıb.
- Baxış: 33
