Bu günə xəbərlərin oxunma sayı: 666
— 26.11.2025 15:43

Eksternat buraxılış imtahanlarına qeydiyyat davam edir

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə eksternat buraxılış imtahanlarına qeydiyyat davam edir və 17 dekabr 2025-ci ilədək aparılacaq. Buraxılış mərhələsindən əvvəl eksternlərin bilik səviyyəsini müəyyən etmək üçün bütün əsas fənlər üzrə yoxlama imtahanları keçiriləcək. Yoxlama imtahanlarında müvəffəqiyyət göstərənlər buraxılış imtahanına buraxılacaq və nəticələri müsbət olduqda attestatlarını daxil olduqları məktəbdən əldə edəcəklər. Qeyd edək ki, ümumi orta təhsil üçün müraciət edənlərin ən azı 16, tam orta təhsil üçün müraciət edənlərin isə 18 yaşı olmalıdır.